Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
 
RADİO TELEVİZİYA YAYIMI VƏ PEYK RABİTƏSİ İSTEHSALAT BİRLİYİ
  ÜMUMİ MƏLUMAT
  İDARƏ HEYƏTİ
  HÜQUQİ SƏNƏDLƏR
  TARİFLƏR
  DVB-S
  DVB-T
  XƏBƏRLƏR
  TARİX
  STATİSTİKA
  DİGƏR MƏLUMATLAR
  ALBOM

“Teleradio” İstehsalat Birliyinin inzibati binasında yeni dispetçer xidməti istifadəyə verilib

30.12.2011-ci il tarixində Teleqüllədə yerləşən dispetçer xidməti “Teleradio” İB-nin inzibati binasına köçürülmüşdür. Yeni dispetçer xidmətində yerləşdirilən 12 ədəd 24, 3 ədəd isə 46 diaqonal ölçüdə televizorların girişlərinə analoq və yerüstü rəqəmli yayım, həmçinin, peykdən qəbul edilən siqnallar daxil edilməklə, Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin, respublikanın digər bölgələrində yayımlanan analoq və yerüstü rəqəmli yayım kanallarına nəzarət gücləndirilmişdir. Peykdən siqnalların qəbulu üçün “Dexing” şirkətinin istehsalı olan peyk qəbulediciləri quraşdırılmışdır. Dispetçer xidmətində bir televizor vasitəsilə bir neçə rəqəmli yayım kanalına nəzarət də təşkil edilmişdir.



ABŞ-ın Telekommunikasiya üzrə Treninq İnstitutu tərəfindən 2008-ci ildə təşkil ediləcək
Telekommunikasiya/İT treninqi kursları haqqında

ABŞ-ın Telekommunikasiya Treninq İnstitutunun (ABŞTTİ) sədri 2008-ci il üçün kurs kataloqunu və illik məruzəsini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilmişdir. Kataloqda 2008-ci ildə 86 nəfərlik ödənişsiz Telekommunikasiya/İT treninqi tərəfindən təşkil olunacaq kurslar barədə məlumat verilmişdir. Bu tədris proqramını inkişaf etməkdə olan ölkələrin hazırkı və gələcək rabitə rəhbərlərinin səlahiyyətini icra edən müəssisə və hökumətin idarə heyəti (ABŞTTİ) dəstəkləmişdir. 1982-ci ildən ABŞTTİ-ni baş inspektor, menecer ixtisasları üzrə 7524 qadın və kişi bitirib, Azərbaycanda və 165 inkişaf etməkdə olan ölkədə İT kurslarını keçirilir.
Aşağıda qlobal treninq proqramının 26 illiyində 2008-ci il ABŞTTİ kataloqu (həmçinin http://ustti.org- da mövcud olan informasiya) Sizə təqdim olunur. ABŞTTİ-nin 2008-ci il tədris proqramında qlobal rabitə arenası, kənd regionunda rabitə sahəsində yeni və genişləndirilmiş treninq, məsafəli tibb, İnternet hökumət, e-hökumət, təcili rabitə və İnformasiya Rabitə Texnologiyasının (İRT) siyasətində baş verən əsaslı dəyişikliklər barədə plan tərtib edilmişdir. Kursların yüksək keyfiyyətdə olmasından ötrü Rabitə sahəsində ciddi xidmət göstərilir.

Kurs 1
Kurs 2
Kurs 3
Kurs 4


© 2008 - RADİO TELEVİZİYA YAYIMI VƏ PEYK RABİTƏSİ İSTEHSALAT BİRLİYİ     Texniki dəstək – Məlumat Hesablama Mərkəzi