Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
 
RADİO TELEVİZİYA YAYIMI VƏ PEYK RABİTƏSİ İSTEHSALAT BİRLİYİ
  ÜMUMİ MƏLUMAT
  İDARƏ HEYƏTİ
  HÜQUQİ SƏNƏDLƏR
  TARİFLƏR
  DVB-S
  DVB-T
  XƏBƏRLƏR
  TARİX
  STATİSTİKA
  DİGƏR MƏLUMATLAR
  ALBOM


Rəqəmsal televiziya yayımı.
(DVB-T)

Son dövrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yeni texnologiyaların tətbiqi daha da genişlənir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İB-də də bu sahədə işlər davam etdirilir. Televiziya yayımında rəqəmsal televiziyaya keçid televiziya sistemlərinin bir çox funksional imkanlarını genişləndirməyə, televiziya kanallarının sayının artırılmasına, eləcə də təsvir və səs siqnallarının keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Yeni əsrin birinci onilliyində rəqəmsal televiziya inkişaf etmiş ölkələrdə yeni texnologiyaların tətbiqi sahəsində aparıcı yerlərdən birini tutacaqdır.
Analoq TV yayımından fərqli olaraq rəqəmsal yayımına keçid televiziya yayımında bir çox yeniliklər yaradacaqdır. Rəqəmsal TV yayımın üç standartı mövcuddur.
1. DVB-S (Peykdən rəqəmsal yayım.)
2. DVB-C (Kabel üzərindən rəqəmsal yayım)
3. DVB-T (Rəqəmsal yerüstü efir yayımı)
Rəqəmsal efir yayım üzrə sınaq-eksperimental işləri ABŞ-da, Böyük Britaniyada, Fransada, İspaniyada, İrlandiyada, İsveçdə, Norveçdə başa çatdırılmış, kommersiya fəaliyyətinə keçilmişdir. Rusiya, Finlandiya, Ukrayna, Portuqaliya, Almaniya və 40-a yaxın ölkədə test-sınaq işləri hələ də davam edir.
Rəqəmsal yerüstü efir yayımı dünyada uç istiqamətdə aparılır:
1. DVB-T (Avropa)- Çoxtezlikli OFDM modulyasiya
2. İSDB-İ (Yaponiya)- Çoxtezlikli BST-OFDM modulyasiya
3. ATSC (ABŞ)- Təktezlikli 8-VSB modulyasiya
Respublikamızda sınaq rəqəmsal efir yayımına keçidə başlanması məqsədi ilə bir çox ölkələrin təcrübələri öyrənilmiş və qəbul olunmuş DVB-T standartının tətbiqi üzrə işlər aparılır
DVB-T standartı aşağıdakı üstünlüklərə malikdir.
- Təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksəlir. (ötürülmədə kənar maneələr hiss olunmur, informasiyaların saxlanılmasında itki olmur və s.
- Proqramların sayının xeyli artırılması imkanı.
- Vericilərin gücünün daha aşağı olması. (DVB-T)
- Mobil və portativ qəbuledicilərlə qəbul imkanı. (DVB-T)
- Tezlik spektrindən effektiv istifadə (1 TV kanalında 5-6 TV proqram).
- Birtezlikli yayımın tətbiq edilmə imkanı. (DVB-T)
- Lokal TV proqramlarının təşkilinin mümkünlüyü (DVB-T)
- TV proqramları ilə yanaşı əlavə xidmətlər üzrə məlumatların ötürülmə imkanı (hava haqqında, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.)
- Rəqəmsal TV yayım şəbəkəsinin interaktivlik imkanı, İnternetlə bağlantı, abunəçi girişi üçün kodlama sisteminin imkanlığı.
- Yayımın kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması.
- Yerüstü TV yayımın təşkili üçün mövcud infrastruktur-dan (TV stansiyalardan, qəbuledici antenlərdən, abunəçi avadanlığından və s.) istifadə imkanı
- Yayım konfiqurasiyasının operativ dəyişdirilmə imkanı (FEC, Müdafiə zolağı, 8k v 2k rejimləri və s.)
- Bu və ya digər tədbirlərin köməyi ilə ötürülən informasiya 3 dəfədən 100 dəfəyədək sıxlaşdırılır.
Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Ə. Abbasovun tapşırığı ilə Respublikamızda sınaq rəqəmsal efir yayımına başlanması məqsədi ilə bir çox ölkələrin təcrübələri öyrənilmiş və DVB-T standartının tətbiqi üzrə işlərə başlanılmışdır.
RİTN-nin 2004-cü ildən başlayaraq Respublikada yerüstü rəqəmsal TV yayım şəbəkəsinin təşkili üçün tezliklərin planlaşdırılması və koordinasiyası üzrə qonşu dövlətlərlə və BTİ-ilə aparılan müzakirələr və danışıqlar nəticəsində müsbət razılaşmalar əldə olunmuşdur. Eyni zamanda 2006-cı ilin may-iyun aylarında Cenevrədə BTİ tərəfindən keçirilən konfransda digər ölkələrlə yanaşı Azərbaycan Respublikasının rəqəmsal TV yayım şəbəkəsinin tezlik planı ilk dəfə olaraq BTİ-nin üzvü olan ölkələrin razılığı ilə qeydiyyata salınmışdır. Bakı şəhərində sınaq rəqəmsal efir televiziya yayımına başlanılması üçün “Teleradio” İB tərəfindən hazırlanmış texniki şərtlər əsasında gücü 300 Vt olan İtaliyanın Elektronika şirkətinin istehsalı olan DVB-T vericisi alınmışdır. Layihənin ümumi dəyəri 100 min ABŞ dollarıdır. İlk dəfə olaraq Zaqafqaziyada bu 2004-cü ilin sentyabrında 37 TVK kanalda Bakı şəhərində sınaq rəqəmsal televiziya yayımına başlanılmışdır.
Hazırlanmış konsepsiyaya uyğun olaraq Respublikada 2015-ci ildə analoq TV yayımın dayandırılması və tam rəqəmsal DVB-T yayımına keçilməsi nəzərdə tutulur.

© 2008 - RADİO TELEVİZİYA YAYIMI VƏ PEYK RABİTƏSİ İSTEHSALAT BİRLİYİ     Texniki dəstək – Məlumat Hesablama Mərkəzi