Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
ƏSAS SƏHİFƏ
ƏLAQƏLƏR
RADİO TELEVİZİYA YAYIMI VƏ PEYK RABİTƏSİ İSTEHSALAT BİRLİYİ
ÜMUMİ MƏLUMAT
İDARƏ HEYƏTİ
HÜQUQİ SƏNƏDLƏR
TARİFLƏR
DVB-S
DVB-T
XƏBƏRLƏR
TARİX
STATİSTİKA
DİGƏR MƏLUMATLAR
ALBOM
Şərifov
Əflatun
Mustafa oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Baş direktoru
1956-cı ildə Bakı şəhərində anadan olub.
1973-1975-ci illərdə Xarkov Ali Hərbi Aviasiya Təyyarəçilər məktəbində oxuyub.
1975-ci ilin noyabr ayından ehtiyata keçirilib.
1984-1988-ci illərdə Azərbaycan Politexnik institutunda oxumuşdur.
1976-1978-cı illərdə Zaqafqaziya xüsusiləşdirilmiş İstehsalat idarəsində EHM üzrə texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1978-1982-ci illərdə Ukrayna, Poltava vilayəti, Zubni şəhəri, “Sçetmaş” zavodunda radiosistemlər üzrə sazlayıcı, 1982-1992-ci illərdə Bakı xüsusiləşdirilmiş ərazi idarəsində böyük mühəndis, aparıcı mühəndis, 1992-1996-ci illərdə AR Silahlı Qüvvələri, 843 N h/h-nin radioelektron qurğuları qrupunda zabit, 1996-1997 Bakı Ali Hərbi Dənizçilik Məktəbi, elektrotexnika kafedrasında baş zabit, 1997-1998- ci illərdə Teleradio İB-nin Peyk rabitəsi İstehsalat Laboratoriyasında 11-ci dərəcəli mühəndis,
1998-1999 Peyk və radioteleviziya yayım müəssisəsinin İstehsalat laboratoriyasında mühəndis, rəis 1999-2005 Bakı “Teleqüllə” müəssisəsində 8-ci dər. elektromexanik, 11-ci dər. mühəndis, baş mühəndis,
16.08.2005 tarixdən Teleradio İB- də rəis müavinidir.
2007-ci ildən Teleradio İB-nin Baş direktorudur.
Rus və türk dillərini bilir
Ailəlidir. İki övladı var.
Abbasov
Mikayıl
Hümmət oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Texniki direktoru
1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Çil kəndində anadan olub.
1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasına qəbul olub.
1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-mühəndis kimi işə başlamışdır.
1994-cü ilin mart ayından Teleradio İB-də “Peyk rabitəsi” sexində böyük el.mexanik vəzifəsində işə başlamışdır.
1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində calışıb. 1998-ci ildən Peyk və radioteleviziya yayımı müəssisəsinin Baş mühəndisi vəzifəsində calışıb. 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində calışıb.
2004-cü ilin may ayının 3-dən Teleradio İB-in Baş mühəndisi vəzifəsinə təyin olunmuş və hal-hazırda bu vəzifədə çalışır. 1995-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsil alıb.
2000-ci ildə “Texnika elmləri namizədi” alimlik dərəcəsi almışdır. Rus, türk və ingilis dillərini sərbəst bilir.
06.12.07-ci il tarixdə Rabitə Nazirliyinin 207 №-li Əmri ilə, Rabitə ustası adı verilmişdir.
Ailəlidir. İki övladı var.
Qocayev
Məsud
Yusif oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Təsərrüfat üzrə
baş direktor müavini
1962-ci il avqust ayının 9-da Ermənistan SSR Masis rayonu Zəngilər kəndində anadan olub.
1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstituna daxil olub. 1986-cı ildə “Radio rabitəsi və radio verilişi” ixtisası üzrə həmin institutu bitirmişdir.
1979-1981-ci və 1986-1988-ci illərdə Ermənistan SSR Masis rayonu Zəngilər kənd sovxozunda təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində calışıb.
1988-1992-ci illərdə Respublika klinik xəstəxanasında fəaliyyətdə olan ATS-də mühəndis vəzifəsində calışıb. 1992-1997-ci illərdə “Elgün” Assosiyası nəzdində fəaliyyət göstərən Bakı İstehsal tədarük satış və təmir kombinatında direktor müavini vəzifəsində calışıb.
1995-2002-ci illərdə “Xəzər-1” kiçik müəssisəsində direktor müavini vəzifəsində calışıb. 2002-2004-cü illərdə “ Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satışı” müəssisəsində aparıcı su müfəttişi vəzifəsində calışıb.
18.05.2004-cü ildən Telerado İstehsalat Birliyinin Təsərrüfat-Təchizat şöbəsində rəis vəzifəsində calışır.
Rus və türk dillərini bilir.
Ailəlidir. İki övladı var.
Abdullayev
Asəf
Telman oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Baş direktor müavini
1969-cu ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Hamamlı (Spitak) rayonuun Qursalı kəndində anadan olmuşdur.
1976-1986-ci illərdə Qursalı kənd orta məktəbində təhsil almış, 1987-1989-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya gəlmişdir.
1990-cı ildə Azərbaycan Texniki Universitetinin Radiotexnika fakultəsinə daxil olmuşdur.
1996-cı ildə həmin Universiteti bitirərək Radiorabitə,Radio və Televiziya verilişləri mühəndisi ixtisasına yiyələnmşdir. Təhsil aldığı müddətdə Baki şəhər Radio qovşağında işləmişdir.
1996-cı ildə təhsilini biirdikdən sonra Rusiya Federasiyasının Tümen vilayətində yaşayıb və işləmişdir.
2002-ci ildə Bakıya qayıdaraq Bakielektrikşəbəkə ATSC-nin Nəsimi rayon şöbəsində rəis müavini və sonra rəsi vəzifəsində çalışmışdır.
14 mart 2005-ci il tarixindən etibarən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi Teleradio İB-nin Texniki şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir.
28 dekabr 2006-cı il tarixindən etibarən Teleradio İB-nin Texniki Şöbəsinin rəisi vəzifəsində çalışır.
Rabitə və İnformasiya Texnalogiyalari Nazirliyinin 30.06.2008-ci il tarixli KƏMŞ-79 saylı əmri ilə Asəf Telman oğlu Abdullayev Teleradio İB-nin Baş direktor müavini vəzifəsinə təyin edilmişdir.
Rus dilini bilir,ailəlidir, iki övladı var.
Mirzəyev
Rəhman
Rəhim oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Ümumi şöbəsinin rəisi
1951-ci ilin mart ayının 30-da Kürdəmir rayonunun Yenikənd kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Politexnik İnstitununa daxil olmuş və 1978-ci ildə “Radio aparatların konustruksiası və istehsalı”ixtisası üzrə bitirmişdir.
02.1968—07.1968-ci illərdə “Leninneft” mədəni idarəsinin Mənzil-Komunal kontorunda fəhlə işləmişdir.
1968-1969-cu illərdə Neft mədəni ¹ 10 “Leninneft” mədəni idarəsində əməliyyatçı vəzifəsində çalışıb. 1972-1976-ci illərdə “Leninneft” Neft Qazçıxarma idarəsində el.montyor vəzifəsində çalışıb.
1976-1984-cü illərdə Respublika Radioteleviziya Verici Mərəkəzində böyük elektrik mexanik və mühəndis vəzifələrində çalışıb.
04.1984-12.1984-ci illərdə Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin RRTVM-nin H.İ.K-nin sədri işləmişdir. 1984-1988-ci illərdə RRTVM-də böyük mühəndis vəzifələrində çalışıb .
1988-1989-ci illərdə Bakı Radioteleviziya Verici Mərəkəzində 2 kat. mühəndis vəzifələrində işləyib . 1989-2000 –cü illərdə Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Teleradio İB-də H.İ.K-nin sədri vəzifələrində işləyib.
2000-ci ildən Teleradio İB-nin Texniki şöbəsində 11-ci dər. mühəndis vəzifələrində işləyib.
20.10.2004-cü il tarixdən Ümumi şöbəsinin rəisi vəzifələrində işləyir.
Rus və türk dillərini bilir.
Ailəlidir. Üç övladı var.
Qarayev
Mustafa
Yunus oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Təsərrüfat və Təchizat
Şöbəsinin müdiri
18.08.55-ci ildə Şəki rayonu, Oxud kəndində anadan olub.
1973-cü ildə Az. Xalq Təsərrüfatı İnstitunun Maliyyə-Kredit fakultəsini bitirib.
1972-73-cü illərdə Bakı ş. 2 saylı tikinti idarəsində çilingər vəzifəsində işləyib.
1974-cü ildə Bakı ş. Təsərrüfat Mədəni Mallar Ticarəti İdarəsinin 50№-li mağazasında satıcı, Azerkimya birliyində hesablayıcı-sazlayıcı vəzifələrində çalışıb.
1977-ci ildə Hərbi xidmətdən qayıtdıqdan sonra, Şəki tədarük kontorunda mühasib müavini işləyib.
1980-82-ci illərdə Şəki tədarük kontorunundirektor müavini, sonra isə direktor vəzifəsində çalışıb.
1987-ci ildə Şəki şəhərMəlumat Hesablama Mərkəzində böyük iqtisadçı işləyib.
1988-ci ildə Şəki tədarük satış bazasında Əmtəəşünas vəzifəsində işləyib.
1988-97-ci ildə Şəki Əmanət Bank Şöbəsinin müdiri vəzifələrində işləyib.
1998-99-cu ildə Cənub RTVM-də baş mühasib işləyib
1999-2002-ci illərdə Bakı Teleqüllə müəssisəsində Təsərrüfat müdiri vəzifəsində işləyib.
2008-ci ildən Təsərrüfat və Təchizat Şöbəsinin müdiri işləyir.
Rus və Türk dillərini bilir.
Ailəlidir, üç övladı var.
Mahmudov
İltimas
Balağa oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Baş energetiki
1962-cı ilin fevral ayının 12-də Lənkəran rayonunun Veravul kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Neft və Kimya İnistituna daxil olub.
1988-ci ildə həmin institutun “Sənaye müəssisələrinin, şəhər və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə tam kursu bitirərək ”mühəndis-elektrik” diplomunu almışdır.
01.04.1980 - 03.10.1980 ildə 2 nömrəli Texnoloji Nəqliyat İdarəsində elektrik mantiyoru vəzifəsində işləyib.
03.05.1983 - 01.07.1983-cü ildə Bakı məişət maye qaz zavodunda çilingər vəzifəsində işləyib.
02.11.1983 - 31.01.1984-cü ildə Sumqayıt şəhəri 104 nömrəli Tikinti İdarəsində elektrik vəzifəsində işləyib.
18.10.1984-cü ildə Rabitə Nazirliyində Radio Mərkəzin 2 №-li qrupunda 5-ci dər. el-mantyor vəzifəsinə işə başlamışdır.
1986-cı ildə 2 №-li qrupda el-mexanik vəzifəsində işləyib. 1989-cu ildə Teleradio İB-nin Enerji qrupunda mühəndis vəzifəsində işləyib.
1990-cu ildə Enerji qrupunun 1 qrup mühəndis vəzifəsində işləyib.
1991-ci ildən Teleradio İB-də Baş energetik vəzifəsində çalışır.
Rus və Türk dillərini bilir.
Evlidir. İki övladı var.
Mahmudova
Nəzakət
Zakir qızı
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Hüqüqşünası
01.06.1974-cü ildə Bakı şəhərində anadan olub.
1991-1995-ci il illərdə Bakı Ali DiplomatiyaKollecinin “Beynəlxalq hüqüq” fakultəsində təhsil alıb.
1995-1999-cu illərdə Xətai rayon Məhkəməsində məhkəmə iclas katibi, mülki işlər üzrə katib vəzifəsində çalışıb.
2000-2003-cü illərdə Bakı şəhəri İcra Hakimiyyəti Ticarət və xidmət Departamentində hüquq məsləhətçisi vəzifəsində işləyib.
2003-cü il tarixdən Teleradio İB-də hüquqşünas vəzifəsində çalışır.
Rus və Türk dillərini bilir.
Ailəlidir.
Ağayev
Arzuman
Əlövsət oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Texniki şöbənin rəisi
1949-cu il oktyabr ayının 6-da İsmayıllı rayonunda anadan olub.
1966-1969-cu illərdə Bakı Rabitə Texnikumunun Radio Rabitə və TV Texnikası fakultəsində təhsil alıb.
1969-1972-ci illərdə Azərbaycan Televiziya Mərkəzində elektro-mexanik vəzifəsində işləyib.
1972-1974-cü illərdə Sovet Ordusunda Hərbi xidmətdə olub.
1974-1977-ci illərdə Azərbaycan Politexnik İnistitunun Radiotexnika fakultəsində təhsil alıb.
1974-1989-cu illərdə Respublika Radio Televiziya Mərkəzində elektro-mexanik, baş elektromexanik və mühəndis vəzifələrində işləyib.
1989-2005-ci illərdə Rabitə Nazirliyinin Radio Elektron Vasitələrinin Elektromaqnit Uzlaşması Mərkəzində mühəndis, Şöbə rəisi, Mərkəzin rəisi vəzifəsində işləyib.
2005-2006-cı illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində Şöbə rəisi vəzifəsində işləyib.
2006-cı ilin yanvar ayından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İB-də işləyir Türk, Rus və İngilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Məmmədov
Vaqif
Məhəmmədəli oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Baş mühasibi
01.07.1950-ci ildə Tovuz rayonunun Çataq kəndində anadan olub.
1957-1967-ci illərdə Cataq kənd orta məktəbində təhsil almışdır.
1968-1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitunun Muhasibat Uçotu fakultəsində təhsil almışdır.
1972-ci ildə Bakı şəhəri Qala qəsəbəsində yerləşən S.M.Kirov adına Mexaniki zavodunda işləmişdir.
1972-1973-cü illərdə Hərbi xidmətdə olmuşdur.
1973-1979-cu illərdə Rabitə Nazirliyinin Nəzarət Təftiş İdarəsinə Təftişçi-mühasib vəzifəsində işləmişdir.
1979-1981-ci illərdə 4 saylı Trestin 4 saylı UPTK-da iqtisadçı-normallaşdırıcı vəzifəsində işləmişdir.
1981-1982-ci illərdə Rabitə Nazirliyinin Material Texniki Bazasında Baş mühasib vəzifəsində işləmişdir.
1982-1992-ci illərdə Rabitə Nazirliyinin Baratlara Nəzarət Bürosunda Təlimatçı vəzifəsində işləmişdir.
1992-ci- ildə Rabitə Nazirliyinin Rayon Rabitəsi İstehsalat Birliyində Təftişçi vəzifəsində işləmişdir.
1992-1993-cü illərdə Rabitə Nazirliyinin Nəzarət Təftiş İdarəsində Təftişçi mühasib, rəis müavini vəzifəsində işləmişdir.
1993-1999-cu illərdə Rabitə Nazirliyinin Mühasibat uçotu şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1999-cu ildə Rabitə Nazirliyinin Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin Baş mühasibi vəzifəsində işləmişdir.
2002-2007-ci illərdə Rabitə Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin Baş mühasibi vəzifəsində işləmişdir.
21 iyul 2008-ci il tarixindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birlyində Baş mühasib vəzifəsində işləyir.
Ailəlidir- 3 övladı var.
Rus və Türk dillərini bilir.
Abbasov
Zakir
Əli oğlu
Radio Televiziya Yayımı
və Peyk Rabitəsi
İstehsalat Birliyinin
Maliyyə Şöbəsinin rəisi
09.11.1951-ci ildə Ermənistan SSR. Krasneselo rayonun Cil kəndində anadan olub.
1969-1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitunun Əmtəəşünaslıq fakultəsində təhsil alib.
1973-1973-cü illərdə Naxkoopittifaqın topdan satış bazasında Əmtəəşünas vəzifəsində işləyib.
1973-1974-cü illərdə hərbi xidmətdə olub.
1975-1976-cı illərdə Azərbaycan Respublikası DİN 1№-li Əmək İslah Koloniyasında usta vəzifəsində işləyib.
1976-1977-ci illərdə “Samur Abşeron” Su tikinti Trestinin xüsusi quraşdırma idarəsində usta vəzifəsində işləyib.
1977-1979-cu illərdə Köçürmə yolu “Samur Abşeron” Su Tikinti Baş İdarəsi nəznindəki t/h idarəsində usta mühəndis vəsifəsində işləyib.
1979-1982-ci illərdə Abşeron rayon Fəhlə-savxoz istehlak cəmiyyətindəki 49 №-li mağazada müdir vəzifəsində işləyib.
1982-1992-ci illərdə Abşeron rayon Fəhlə-savxoz istehlak cəmiyyətindəki 49 №-li mağazada Baş satıcı işləyib.
1992-ci ildə Azərbaycan Respublikası Pensiya Fondu Nəsimi rayon Şöbəsində aparıcı müfəttiş vəzifəsində işləyib.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Pensiya Fondu Nəsimi rayon Şöbəsində Baş müfəttiş vəzifəsində işləyib.
1993-1998-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsində müdir müavini vəzifəsində işləyib.
1998-2000-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsində müdir vəzifəsində işləyib.
2000-2002-ci illərdə Bakı şəhəri Binəqədi rayon Maliyyə İdarəsində rəis vəzifəsində işləyib.
2002-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Maliyyə İdarəsində rəis vəzifəsində işləyib.
2005-2008-ci illərdə Bakı şəhəri Yasamal rayon Maliyyə İdarəsində rəis vəzifəsində işləyib.
2008-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində Maliyyə Şöbəsinin rəisi vəzifəsində işləyir.
Rus və Türk dillərini bilir.
Ailəlidir, iki övladı var.
© 2008 - RADİO TELEVİZİYA YAYIMI VƏ PEYK RABİTƏSİ İSTEHSALAT BİRLİYİ
Texniki dəstək – Məlumat Hesablama Mərkəzi