|
Müstəqillik
dövründə Azərbaycanda Radio-Televiziya
Yayım şəbəkəsinin inkişafı
Bu il Azərbaycanda
radio yayımın təşkilinin 80, televiziya
yayımının fəaliyyət göstərməsinin
50 illiyi tamam olur. Respublikamızda Radio-Televiziya
yayım şəbəkəsinin inkişafı
ağır, keşməkeşli, lakin şərəfli
bir yol keçmişdir. Hələ keçən
əsrin 20-ci illərində keçmiş
Sovetlər Birliyində birincilər sırasında
radiorabitə və radio yayımın tətbiqinə
başlanılmış, barmaqla sayıla
bilən milli kadrların bilavasitə köməyi
ilə 50-ci illərin ortasında televiziya
yayım şəbəkəsinin özülü
qoyulmuşdur.
1969-cu ildə ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərliyə
başlaması ilə Respublikada radio-televiziya
yayım şəbəkəsinin genişlənməsi
daha da vüsət almışdır. O
vaxtki Respublika rəhbərliyinin bilavasitə
qayğısı sayəsində ayrılıqda
fəaliyyət göstərən Respublika
Televiziya Mərkəzi və Radio Mərkəzinin
mütəxəssislərin fədakar əməyi
nəticəsində artıq keçən
əsrin 80-cı illərin ortalarında
bir neçə radio və televiziya proqramının
Respublikanın 90-95% əhalisi yaşayan
yaşayış məntəqələrində
yayımı təmin edilmişdir.
1988-ci ildən başlayaraq keçmiş
SSRİ-nin dağılması istiqamətində
baş verən hadisələr təəssüf
ki, Respublikada radio-televiziya yayım şəbəkəsinin
inkişafını ləngitdi və şəbəkənin
tənəzzülünə və qismən
dağılmasına gətirib çıxardı.
1991-ci ildə Azərbaycanın yenidən
müstəqillik qazanması ilə Radio-televiziya
yayım şəbəkəsinin keçmiş
Sovetlər Birliyinin mərkəzləşdirilmiş
şəbəkəsindən ayrılması,
tənəzzülün dayandırılması
və şəbəkənin müstəqil
inkişafı üçün tədbirlər
görülməyə başlanıldı.
Lakin o vaxtlar bu işlər çox ləng
davam edirdi. Belə ki, mövcud Radio-TV vericilərinin
mənəvi və fiziki cəhətdən
köhnə olması lampalı vericilərin
əksəriyyət təşkil etməsi,
iqtisadi əlaqələrin dağılması
ilə ehtiyat hissələrinin əldə
edilməsində çətinliklərin
olması, eləcə də Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi Respublikanın
bəzi bölgələrində yayım
keyfiyyətinin və əhatəsinin aşağı
düşməsinə, hətta Naxçıvan
MR-də və bir sıra bölgələrdə
yayımın kəsilməsinə gətirib
çıxardı.
1993-cü ildə Heydər Əliyevin ikinci
dəfə Azərbaycana rəhbərliyə
qayıtması Respublikada digər sahələrdə
olduğu kimi radio-televiziya yayım şəbəkəsində
bərpa və inkişaf tədbirlərinin
görülməsinə təkan verdi.
Keçmiş Rabitə Nazirliyinin tabeçiliyində
olan Radio-Mərkəzi və Respublika Televiziya
Ötürücü Mərkəzinin bazasında
yaradılmış Teleradio İB-nin mütəxəssisləri
tərəfindən mövcud avadanlıqların
texniki parametrlərinin bərpası, Rusiya
və Çexiya istehsalı olan avadanlıqların
tədricən daha müasir avropa ölkələrinin
istehsalı olan avadanlıqlara dəyişdirilməsi
işləri həyata keçirildi. Respublikada
1992-1993-cü illərdən başlayaraq
Türkiyənin TRT TV proqramının,
sonralar isə TGRT proqramlarının yayımı
təşkil edildi. ANS, BMTİ kimi özəl
TV kanallar, eləcə də Milli Televiziyanın
2-ci proqram AzTV2 fəaliyyətə başladı.
Məhz bu dövrdən başlayaraq ölkə
rəhbərliyinin bilavasitə qayğısı
nəticəsində Teleradio İB-in mütəxəssisləri
tərəfindən Radio-TV yayımın
inkişafı üzrə məqsədyönlü
tədbirlər həyata keçirilməyə
başlanıldı. 1996-cı ildə
Bakıda Yeni Teleqüllədə yerüstü
peyk stansiyası qurulmaqla ilk dəfə
Azərbaycan Televiziyasının Türksat
peykindən rəqəmsal rejimdə yayımına
başlanıldı ki, bu da nəinki Respublikamızda
eləcə də Türkiyə, Qafqaz,
Orta Asiya və Yaxın Şərqdə
Milli Televiziyanın fərdi qəbuluna
imkan yaratdı.
- Bakı şəhərində tikintisi
1981-ci ildə başlanılmış,
lakin sonradan dayandırılmış unikal
bir obyektin Yeni televiziya qülləsi kompleksinin
1996-cı ildə istismara verilməsi ilə
Bakıda yayımlanan proqramların sayı
və keyfiyyət yüksəldildi.
- Respublika şəbəkəsində
desimetrlik diapazona keçirilməklə
bir neçə yeni vericinin istismara verilməsi
təmin edildi.
- 1997-ci ildə Bakı şəhərində
Radio proqramlarının ənənəvi
uzun, orta və qısa dalğalarda yayımı
ilə yanaşı Azərbaycanda ilk dəfə
olaraq FM diapazonunda yayım təşkil
edildi.
- 1997-2000-ci illərdə dövlət
Radio-TV proqramları ilə yanaşı
ANS, Space TV, Lider TV kimi özəl kanallar,
eləcə də Türkiyənin NTV,
STV, Kanal D TV proqramları, France Radio, Radio
Rossiya , Bürc FM radio proqramlarının
yayımı təşkil olundu.
- 1998-2005-ci illərdə Teleradio İB-nin
mütəxəssisləri tərəfindən
mövcud radio-televiziya yayım şəbəkəsinin
rekonstruksiyası və genişləndirilməsi
işləri davam etdirilmişdir. Belə
ki, AzTV proqramını yayımlayan Bakı,
Naxçıvan, Ordubad, İmişli, Gəncə,
Lerik, İvanovka, Danaçı RTVS-lərdəki
mənəvi və fiziki cəhətdən
köhnəlmiş 5 kVt-lıq güclü
TV vericilər daha müasir tranzistorlu desimetrlik
TV vericiləri ilə əvəz edilmiş;
- 30-dan yuxarı orta güclü (100-500
Vt) müasir TV vericiləri quraşdırılmaqla
lampalı vericilər istismardan çıxarılmış;
- 200-dən yuxarı kçik güclü
yeni TV vericiləri (2-15 Vt) alınaraq TV
qəbulu olmayan yaşayış məntəqələrində
AzTV proqramının yayımı üçün
istismara verilmiş;
- Efir qəbulu ilə işləyən
televiziya retranslyatorları tamamilə peykdən
qəbula keçirilmişdir.
- Respublika və Araz Radio proqramlarının
regionlarda yayımı üçüm 20
ədəd müxtəlif güclü
(250VT, 1?5 kVt) FM vericiləri alınaraq
Teleradio İB-yə məxsus Radio-TV stansiyalarında
istismara verilmişdir.
- AzTV, Respublika və Araz radio proqramlarının
qəbulu üçün 350-dən yuxarı
peyk qəbul stansiyası alınaraq R/TV
stansiyalarında quraşdırılıb
istismara verilmişdir.
- 2003-cü ildə ilk dəfə Radio-TV
proqramların fiber-optik kabel vasitəsilə
ötürülməsi tətbiq edilmiş
Teleradio Verilişləri şirkəti
ilə Yeni Teleqüllə arasında uzunluğu
2,5 km olan fiber optik Radio-TV ötürücü
xətti istifadəyə verilmişdir.
- 2003-cü ildə AzTV proqramının
peykdən Avropaya yayımının təmin
edilməsi üçün SESAT 36? peykinə
işləyən yerüstü TV ötürücü
peyk stansiyası Yeni Teleqüllədə
istismara verilmiş və AzTV proqramının
alternativ peykdən yayımı təşkil
edilmişdir.
- Bakı və Abşeron yarımadasında
AzTV1 və AzTV2 proqramlarının yayım
keyfiyyətinin yaxşılaşdırılması
üçün Yeni Teleqüllənin 310
m səviyyəsində gücü 20 kVt
olan unikal anten sistemi layihələndirilmiş
və alınaraq istismara verilmişdir.
- 2004-cü ildə ilk dəfə olaraq
regionlarda Respublika və Araz proqramlarının
peykdən ötürülməklə
stereo yayımı təmin erdilmiş və
RDS sistemi tətbiq edilmişdir.
2003-cü ildə Heydər Əliyevin layiqli
davamçısı möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin Prezident seçilməsi,
eləcə öz fərmanı ilə
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin yaradılması və hörmətli
akademik cənab Əli Abbasovun nazir vəzifəsinə
təyin edilməsindən sonra Azərbaycanda
Radio-Televiziya yayım şəbəkəsinin
daha intensiv inkişafına və daha müasir
texnologiyalarının tətbiqinə bilavasitə
zəmin yaratdı.
2004-cü ildə hörmətli Nazirimizin
bilavasitə tapşırığı
nəticəsində Teleradio İB-nin mütəxəssisləri
tərəfindən Zaqafqaziyada və Orta
Asiyada ilk dəfə olaraq Azərbaycanda
Rəqəmsal yerüstü TV-nin (DVB-T)
sınaq yayımına başlanıldı.
Bu məqsədlə Bakı şəhərində
300 Vt-lıq rəqəmsal TV verici sistemi
alınıb quraşdırılaraq istismara
verildi və eyni vaxtda bir verici ilə 4
TV proqramının yüksək keyfiyyətlə
yayımı təşkil olundu.
Respublikada kiçik güclü TV stansiyaların
daha güclü TV stansiyaları ilə
əvəz edilməsi işləri aparılmaqla,
Respublikada gücünə və yayım
əhatəsinə görə analoqu olmayan
müasir tələblərə tam cavab
verən Gülüstan RTYS (Ağsu rayonunda)
istismara verildi. Hazırda bu stansiyadan 3 TV
proqramı, 2 radio proqramının Respublikanın
26-dan çox rayonunu əhatə edən
45?50 ərazisinə yüksək keyfiyyətlə
yayımı təmin olunmuşdur.
Teleradio İB-nin mütəxəssisləri
tərəfindən nəinki Respublika ərazisində,
eləcə də qonşu Gürcüstan
və Dağıstan ərazisində Azərbaycanlılar
yaşayan yaşayış məntəqələrində
AzTV proqramının yayımı üçün
20 ədəd müxtəlif güclü
TV vericiləri quraşdırılmış
və istismar edilməkdədir.
Respublika Prezidentinin İctimai TV və radiosunun
yaradılması barədə müvafiq
sərəncamına əsasən Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
bilavasitə rəhbərliyi və qayğısı
nəticəsində Teleradio İB tərəfindən
qısa müddətdə İctimai radio
və TV proqramlarının Türksat peykindən
ötürülməsi və Respublikanın
əhalisinin 80?85 faizini əhatə etməklə
yayımı təmin edilmişdir.
Hazırda Telerdaio İB-nin bilavasitə
köməyi ilə ANS TV, Space TV, Lider
TV, ATV, ANS CM, Lider FM, Space FM, 106 FM, 101 FM,
Bürc FM proqramlarının Respublikanın
regionlarında yayımı təşkil
edilmişdir.
Respublika Prezidentinin “Regionların inkişafı
üzrə” 11.02.2004-cü il Fərmanı,
Azərbaycan Respublikasında Rabitə və
İnformasiya Kommunikasiya Texnologiyalarının
inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət proqramı
“Elektron Azərbaycan”, Cənub bölgəsinin
sosial-iqtisadi inkişafı üzrə
14.09.2005-ci il tarixli, 21 saylı sərəncamı,
“Bakı şəhəri qəsəbələrinin
sosial-iqtisadi inkişafı üzrə”
27.02.2006-cıl il tarixli, 1338 saylı sərəncamı
və digər göstərişlər
Respublikada radio-televiziya yayım şəbəkəsinin
beynəlxalq standartlara uyğun qurulması
və inkişafı üçün geniş
şərait yaratmışdır.
2006-cı ilin əvvəli üçün
Teleradio İB-nə məxsus radio-televiziya
yayım şəbəkəsi 2 ədəd
10 kVt-lıq, 34 ədəd 1?5 kV-lıq,141
ədəd 0,1?0,5 kV-lıq, 198 ədəd
gücü 1-50 Vt-lıq TV vericilərdən,
müxtəlif gücdə 10 ədəd
orta dalğa və 26 ədəd FM vericilərindən,
2 ədəd Up-Link TV ötürücü
stansiyadan, 400-ə yaxın peyk qəbul
stansiyasından eləcə də ümumi
uzunluğu 1700 km-dan çox olan radio rele
xətlərindən ibarətdir.
Hal-hazırda Respublika ərazisində 10
ədəd ümumrespublika miqyasda yayımlanan
TV kanalı, 12 ədəd regional özəl
TV kanalı və 12 ədəd radio kanalları
müxtəlif əhatə səviyyələri
ilə yayımlanır.
Teleradio İB Respublikada radio-televiziya yayım
fəaliyyəti ilə məşğul
olan yeganə Dövlət müəssisəsidir.
Bu ildən Birlik yeni “Radio-Televiziya Yayımı
və Peyk Rabitəsi İstehsalat Birliyi”
adı ilə fəaliyyət göstərməklə
öz tərkibində 3 tabe müəssisəni
birləşdirir. Bakı Teleqüllə
müəssisəsi, Mərkəzi R/TV
Yayım müəssisəsi, Gəncə
R/TV Yayım müəssisəsi. Birlikdə
hal-hazırda 764 nəfər çalışır.
Onlar 231 nəfəri ali təhsilli, 224
nəfəri orta texniki təhsilli mühəndis-texniki
işçilərdir. Orta aylıq əmək
haqqı Respublika göstəricisindən
yuxarı olmaqla 197,0 manat təşkil edir.
Teleradio İB rəhbərliyi tərəfindən
yeni texnologiyaların tətbiqi, kadr hazırlığı
məsələləri daim diqqət mərkəzində
saxlanılır. Vaxtilə Sovetlər Birliyinin
müxtəlif təhsil ocaqlarında təhsil
almış mütəxəssislərin,
eləcə də Azərbaycan Texniki Universitetinin
və Rabitə Kollecinin məzunlarının
əksəriyyət təşkil etdiyi
kollektivdə tələbatı olan işçilərin
Texniki Universitetdə, RİTN-nin tədris
mərkəzində, Birliyin özündə
təşkil olunan ixtisasartırma kurslarında
təhsil almaları təmin edilir. Hər
il yüzlərə tələbə Birliyin
tabe müəssisələrində praktiki
dərslərdə iştirak edirlər.
Eyni zamanda Respublika radio TV yayım şəbəkəsinin
təşkili və inkişafında böyük
xidmətləri olan qocaman mütəxəssislərdən
Tofiq Zeynalov, İsmət Gözəlov,
İsa Məmmədov, Sərvər Quliyev,
Vaqif Musayev və digərləri ilə
daim görüşlər keçirilir,
Birliyin fəaliyyəti üzrə tövsiyyələr
alınr.
Bu il yüksək səviyyədə qeyd
olunan yubileylər münasibəti ilə
bütün radio televiziya işçilərini
ürəkdən təbrik, onların hamısına
can sağlığı arzu edirəm.
Yüksək əminliklə demək olar
ki, yeni texnologiyaların sürətlə
dəyişdiyi bir dövrdə Respublikanın
mövcud radio-televiziya yayım şəbəkəsində
daim inkişaf etdirilməsi üzrə
qocaman radio-telerviziya işçilərinin
ənənəsi Teleradio İB tərəfindən
davam etdiriləcək, Müstəqil Azərbaycanın
bu sahədə dünyanın aparıcı
ölkələri səviyyəsinə
çatdırılması üçün
bütün lazımi tədbirlər görüləcəkdir.
|